Ankara İdman Salonunda "Türkiyə özünü yeniləyir" şüarı altında keçirilən "Yeni Partiya"nın 1-ci Növbəti Qurultayının ilk günü başa çatıb.
"Haber Global" xəbər verir ki, qurultayda keçirilən sədr seçkilərində Özgür Özel yenidən bu posta seçilib.
Saat 15:30-da başlayan səsvermə prosesi 17:00-da yekunlaşıb.
Seçkiyə yeganə namizəd kimi qatılan Özgür Özel 1154 etibarlı səsin hamısını qazanaraq yenidən sədr kürsüsünə yiyələnib.
Məlumata əsasən, seçkidə qeydiyyatdan keçən 1202 nümayəndədən 1157-si səsvermədə iştirak edib. Səslərin 1154-ü etibarlı, 3-ü isə etibarsız sayılaraq ləğv olunub.
Qurultayın ikinci günü sabah Partiya Məclisi və Ali İntizam Şurası üzvlərinin müəyyənləşdirilməsi ilə davam edəcək.
