Bu gün KXCP qərargahında KXCP, ADP, Azadlıq, AXP, VİP, BAP, Ümid, Ağ Partiya sədrlərinin birgə yığıncağı keçirilib.
Shafaqadogru.com xəbər verir ki, yığıncağa sədrlik edən Azadlıq partiyasının sədri Əhməd Orucun verdiyi məlumata görə, iclasda Türkiyədəki terror hadisəsində həlak olanların xatirəsi yad olunub, terror pislənilib, türk xalqı ilə həmrəylik ifadə olunub.
Yığıncaqda 21 Azər Hərəkatı ilə bağlı müzakirələr aparılıb, bu hərəkatın Azərbaycan dövlətçiliyinin ən mühüm hadisələrindən biri, Azərbaycanın bütövlüyü istiqamətində ciddi addım kimi dəyərləndirilib.Yığıncaqda 25 dekabr 2016-cı il saat 13-də ADP qərargahında " Ölkədəki ictimai-siyasi vəziyyət-2017-ci ildə müxalifətin vəzifələri" mövzusunda keçiriləcək tədbirlə bağlı müzakirlər aparılıb. Həmin tədbirə ölkədəki vəziyyətin birgə müzakirəsinə hazır olan bütün ictimai-siyasi qüvvələrin mətbuat vasitəsilə dəvət olunması barədə razılıq əldə olunub.
İclasda ölkədəki ictimai-siyasi durum müzakirə olunub. Hakimiyyətin ictimai fikrə təqdim etdiyi "Yol xəritəsi" sənədi indiki korrupsioner, rüşvətxor və oğrulardan ibarət komanda ilə reallaşması mümkün olmayan, cəmiyyəti aldatmağa yönəlimiş, real icra mexsnizmləri olmayan populizm kimi qiymətləndirilib.