Şəfəqə Doğru » Gündəm » QAZAXDA “UNİVERSAM”I YARDILAR

QAZAXDA “UNİVERSAM”I YARDILAR

QAZAXDA “UNİVERSAM”I YARDILAR

Qazaxda oğurluq hadisəsi baş verib. Hadisə ötən gecə rayon mərkəzində yerləşən "Universam” ticarət obyektində baş verib. Oğurluq edən şəxs ticarət mərkəzinin arxadan şüşəsini çıxaraq obyektə daxil olub.

Xeyli qızıl-zinət əşyalarının aparıldığı bildirilir.

Onu da bildiririk ki, həmin ticarət obyekti fəaliyyəti olmayan rayon istehlak cəmiyyətinə məxsusdur. Asif Qurbanov adlı şəxs həmin ticarət mərkəzini icarəyə götürüb. Həmin ticarət mərkəızində 80 nəfər satıcı çalışır. Onlar da Asif Qurbanova icarə haqqı verirlər.  Ticarət obyektində hər an oğurluq baş verə bilər. Çünki həmin obyektdə təhlükəsizlik kameraları yoxdur. Yalnız ticarət mərkəzinin içərisində yerləşən bir neçə qızıl satılan yerlərdə təhlükəsizlik kameraları qoyulub. Həmin kameralar da gecə içləmir. Çünki, ticarət mərkəzində saat 16:00 -da iş qurtaran kimi işıqlar da söndürülür. Bundan əlavə, ticarət obyektinin sol tərəfində yük maşını da keçməz şəkildə qara tikan kolları vardır. Buradan da hər an təhlükə yarana bilər. Nə isə…
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.