Bu günlərdə redaksiyamıza daxil olan məlumatlarda Qazax rayon Daş Salahlı kənd sakinləri tərəfindən verilən məlumatlarda bildirilir ki, yanvar ayının 23-də kənd icra nümayəndəsi Hüseyinli Tahir kənd camaatına illik hesabat toplantısı keçirdib .Kənd camaatını əndişələndirən odur ki, bu kəndə təzə təyin olunan tahir Hüseyinlidən öncəki icra nümayəndəsi Asif Yusifov heç olmazsa, belə tədbirlərdə bir neçə kənd ağsaqallarını,ziyyalılarını və içtimai fəal adamları dəvət edirdi . Amma ,bu təzə təyin olunmuş icra nümayəndəsi daha çox bilmiş və təcrübəlidir.Təyin olunduğu bu bir ildə, elə dişə dəyər bir iş görmədiyini kənd də,özü də bilir.Ona görə də ,kəndin 500 nəfərlik akt zalı , ola-ola belə tədbirləri ya 1 nömrəli, yada 2 nömrəli məktəbin akt zalında təşkil edir ki,kənd camaatı bilməsin.Birdən qalxıb kimsə iradını və yaxud, təkliflərini bildirə bilər.Tədbirdə iştirak edənlər isə ,cəmi 50-60 nəfər olmuşdur.Onlar da bələdiyyə sədri Mahir Quluyevin və özünün yaxın qohumları ,bir neçə nəfər icra nümayəndəliyində və baxcalarda işləyən qadınlar ,birdə bütün tədbirlərdə onları tərifləyən iki nəfər müəllimə və bir neçə nəfər səhiyyə işçisidir deyə məlumatda bildirilir.Ətrafında onlarla nəhəng müəssisə və təşkilatları birləşdirən Daş Salahlı kəndi çox acınacaqlı vəzziyətdə yaşayır.Yolları bərbad haldadır.Kəndin mərkəzi küçəsi ilə aftomobillə hərəkət etmək mümkünsüzdür.Yoldakı çüxurlar dözülməzdir.Tozun əlindən həyətlərdə ,evlərdə nəfəs almaq olmur.Hələ onu demirəm ki, Akord sement zavodunun tozu gecələr kəndi bürüyür.Kənddə bələiyyə suyu çatışmamazlığı,içməli su çatışmamazlığı və hətda, ərazilərin suvarılması üçün ,mövcüd olan problemlər və s.Artıq kənd camaatını bezdirib.Suvarma üçün ərazilərdə artezianlar lazımdır ki,bundan ötəri vəsait lazım olduğunu hər kəs bilir.Bu vəsait də ən azından Akord sement zavodunun kənd əraziləri üçün kənd bəllədiyyəsinə 200 min manata qədər borcu olduğunu da kənd camaatı bilir.Lakin Akord sement zavodundan heç ərazi haqlarını kənd bəllədiyyə sədri nə də ki,icra nümayəndəsi tələb etmək istəmirlər.Səbəb isə, bəlli deyil.Bütün kənd camaatı deyir ki, əgər Akord sement zavodu ərazi haqlarını ödəsə ,həmin vəsaitlə kəndin bir çox problemlərini çözmək mümkündür.Amma nə yazıq ki,kənd rəhbərləri bunu edə bilmirlər.Yaxud da ,etmək istəmirlər.Elə bu səbəbdən də ,bu tipli tədbirləri və icra hakimiyyəti başçısının kəndə gəlişini də, heç vaxt kənd əhalisinə bildirmirlər.Çünki,kənd camaatı iradlarını rayon rəhbərliyinə bildirər deyə çəkinirlər.
Kənd sakinlərinin üstünə su səpmək üçün bir yaxşı yol tapıblar bu rəhbərlər.”Kəndimizə qəsəbə statusu verilir hər şey gözəl olacaq.Amma, kənd camaatı haqlı olaraq,”bizə yalançı status lazım deyil heç olmasa yolumuzu düzəldin "deyə hayqırır.Daş Salahlı kəndi elə illərdir bu arzu ilə də, yaşayır.Çox təəssüflər olsun ki,hər icra nümayəndəsi dəyişdikdə "köhnə yurdun qədri təzə yurdda bilinir”zərbi məsəli özünü doğruldur.
Onu da qeyd edək ki,kənd camaatının ayrı-ayrılıqda qəbul günlərində İHB-nın qəbuluna yazılmış sakinləri də,müəyyən yollarla başçının qəbulunda olmaqdan yayındırır.
Hörmətli oxucu "böyük elin də ,böyük dərdi olar deyiblər.”
Qarşı tərəfi də dinləyib dərc etməyə hazırıq.
Neymət Novruzlu.