Şəfəqə Doğru » Gündəm » Qazax məhkəməsinin hakimi Qurban Abbasov bankların dostudur? Yoxsa!...

Qazax məhkəməsinin hakimi Qurban Abbasov bankların dostudur? Yoxsa!...

Qazax  məhkəməsinin hakimi Qurban Abbasov bankların  dostudur? Yoxsa!...

        

   Yoxsa,aldığı rüşvət müqabilində banklarla əlbir olub banka borcu olanlara divan tutur?

Bəli, adının çəkilməsini istəməyən bir Qazax vətəndaşının dediyi kimi, harda təhsil aldığını ,oxuduğunu və bu vəzifəyə necə gəldiyini deyə bilmərəm . Redaksiyamıza sayı hesabı olmayan müraciət və məlumatlara əsasən, onu bilirəm ki,əməklilik vaxtına az qalmış Q.Abbasov bütün vəzifəsinə aid olan qanunları bir kənara ataraq,bacardığı qədər rüşvət toplayıb ,təqaüdə çıxmaq fikrindədir.

Onu da ,bilirik ki,bu qədər haqsızlıqların qarşılığının cəzasını  yəqin ki,Allahdan bir gün alar.

  Banklara borcu olan Qazax rayon Daş Salahlı kənd sakini ,müəllim Məsim Abdullayevə Qurban Abbasov tərəfindən çəkilən dağ hər kəsi məyus edir.

    Hakim Q.Abbasov məhkəmə zamanı M.Abdullayevə özünü müdafiə etmək üçün bir kəlmə ağzını açıb, özünü müdafiə etməyə  imkan vermədən ,bankın xeyrinə olan bütün maddələri göstərərək,qərar verib. Sanki, Mülkü Məcəllə yalnız banklara xidmət edir. Bankdan borc alan üçün M.M-də heç bir maddə yazılmayıb.Öz cibini doldurmaq üçün, Qazaxda fəaliyyət göstərən bankların hamısı ilə əlbir olan, Q.Abbasov  mən  "Şəfəqə doğru "qəzetinin redaktoru qarışıq bütün banklara borcu olanların hamısına eyni qərarları bankların xeyrinə verərək,nəinki öz məsləyinə, eləcədə Azərbaycan Respublikasının qanunlarına ləkə gətirir.

   Mən hər zaman ölkəmizdə fəaliyyət göstərən ən yaxşı hüquqşünasların və iqtisadi ekspertlərin mətbuatdakı çıxış və yazılarını  diqqətlə izləyirəm.Xüsusən də,ölkəmizdə yaxşı tanınmış  hüquqşünaslar, Əkrəm Həsənovun və Qurban Məmmədovun banklara borcu olanlarla və onların müdafiəsi ilə əlaqəli bütün portallarda göstərilənləri və yazılanları.

   Mülki Məcəllədə onlar borcu olanların müdafiəsi haqında göstərdikləri maddələri  şəxsən mən özüm hakim Q.Abbasova dəfələrlə heç olmazsa ,M.M-nin 556,557-ci maddəsində göstərilən” tərəflərin heç birinin öz öhdəliklərini yerinə yetirə bilməzsə,öhdəliklər icrasından tamamilə azaddır.(Buna "fors major”  hadisəsi deyilir).Yəni insanlar bu öhdəlikləri yerinə yetirə bilmirsə onlardan bunu tələb etmək qanunsuz və mənasızdır deyə,  xatırlatsam da, o mənə hər dəfədə sən müqaviləyə imza atmısan deyə banka haqq qazandırmağa çalışmışdır.  

    Cənab Q.Abbasov banklara borcu olanların hamısına eyni sözləri deyir və qərarını verir.

 Q.Abbasov redaksiyamıza daxil olan məlumatlara görə ,hakimlik etdiyi bütün proseslərdə kimdən rüşvət alıb ,onun xeyrinə də qərar verib deyə,məlumatda bildirilir.

   İndi Qazaxda hər kəs Qazax məhkəməsindəki ədalətsizliklərdən danışır.Kimi dindirsən, hələ Qazax rayonunda indiki qədər məhkəmə ədalətsizlikləri olmadığını deyir .

  Biz redaksiyamıza daxil olan məlumatları yazdıq.Düşünürük ki,aidiyyatı qurumlar və eləcə də Ədliyyə Naziri cənab F.Məmmədov da Qazax məhkəməsində baş verənlərə bir münasibət bildirəcək.

 Qarşı tərəfində fikirlərini dinləyib,dərc etməyə hazırıq.  

                                                                                                        Neymət Novruzlu.