Şəfəqə Doğru » Gündəm » Qazax səhiyyəsində 165 min manat havaya sovrulub - Digər bir sovrulma da gündəmdədir.

Qazax səhiyyəsində 165 min manat havaya sovrulub - Digər bir sovrulma da gündəmdədir.

Qazax səhiyyəsində 165 min manat havaya sovrulub - Digər bir sovrulma da gündəmdədir.
Prezident İlham Əliyev dövlət büdcəsinə ciddi nəzarətdən, onun yüksək səviyyədə qorunmasından danışsa da, yenə yerlərdə büdcə talançılığı davam etməkdədir. Hətta, ötən il respublika əhəmiyyətli iclasların birində iadrə, müəssisə və təşkilatlarda, xüsusilə görüləcək tikinti işlərini müxtəlif adda MMC-lərlə deyil, dövlət qurumları ilə aparılması haqqında göstərişlər verilmişdir. Təəssüflər olsun ki, yenə yerlərdə həmin göstərişlər qulaqardına vurulur, idarə, müəssisə və təşkilat rəhbərləri öz xeyirləri üçün işlərini MMC-lərlə, yaxud adicə bir VÖEN-i olan fiziki şəxsllərlə qururlar. Həmin fiziki şəxsin də görəcəyi işlər üçün heç bir bazası yoxdur. Nə daxil olma, nə də çıxışı haqqında heç bir sənədi yoxdur.
Teref.info- nun elektron poçtuna daxil olan məlumata görə, bu hadisə təxminən 2016-cı ilin yayında da baş vermişdir. Qazax rayon təcili təxrəsalınmaz tibbi yardım stansiyasının və Qazax qadın məsləhətxanasının əsaslı təmiri üçün Qazax səhiyyəsindən 186 min manat vəsait ayrılaraq, adicə bir fiziki şəxsə köçürülmüşdür. Həmin fiziki şəxsin də heç bir bazası, mal-materialı, nə də canlı əmək qüvvəsi yoxdur. Araşdırmalar göstərir ki, 186 min manatla həmin təcili yardım stansiyasında və məsləhətxanada 3-5 min manatlıq həcmində yüngülcə boyama işləri aprılıb. Beləliklə külli miqdarda vəsaiti nəğdləşdirilərək pul köçürən təşkilatla pul alan fiziki şəxs arasında mənimsənilib. 
Bu Qazax səhiyyəsində baş verən heç də birinci hadisə deyil. Lakin külli miqdarda vəsaitin havaya sovrulmasında maraqlı şəxslər var deyən, məsələ hüquq-mühafizə orqanlarının gözündən yayınıb. Ya da bu barədə heç bir rəsmi şikayət olunmayıb. Qazax səhiyyəsində baş verən belə çirkin əməliyyatlar onu göstərir ki, səhiyyə sistemi Qazax əhalisinin sağlamlığı keşiyində durmaq əvəzinə, şəxsi maraqları üçün külli miqdarda vəsait mənimsəməklə məşğuldur. Onda ölkə büdcəsinin talan edilməsində yerlərdə dayaq nöqtəsi məlum olduğu halda, başqa yerlərdə nəsə axtarmağa dəyərmi?
Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.
Elton
Shafaqadogru.com Teref.infoya istinadən bildirir.