Cəbhədə gərginlik Ermənistan paytaxtında ciddi narahatlıq yaradıb
Müharibədən qaçaraq Ermənistana sığınmış Suriya erməniləri indi də İrəvanı tərk etməyə başlayıblar.
Shafaqadogru.com məlumatına görə, bu barədə «haqqin.az»ın əməkdaşı Süzan Caqinyan bu gün yazdığı məqaləsində bildirib. «Azadlıq» (Azatutyun) radiosunun erməni redaksiyasının nümayiş etdirdiyi videoya əsaslanan jurnalist bildirib ki, Suriyadan Ermənistana pənah gətirmiş minə yaxın erməninin onlarla iəmsilçisi artıq bu ölkədən də qaçırlar.
Suriya erməniləri Ermənistanı tərk etmələrini rəsmi dairələrin onlara yardım etməməsində görürlər. Rəsmi İrəvanı yalançılıqda günahlandıran Suriya erməniləri Kanada hökumətinin qaçqınlara daha çox qayğı göstərdiyini vurğulayırlar.
Ümumiyyətlə, Qarabağ müharibəsi yerli ermənilərin də Ermənistanı tərk etməsini sürətləndirir. "Ay tun” təşkilatının saytında dərc olunmuş məlumata görə, 2014-cü ildən bu yana 500 ailə Ermənistan vətəndaşlığından çıxaraq Kanadaya yerləşib.