Türkiyə bayrağı altında üzən "Hacı Telli” neft tankeri Liviyanın Zuvarah limanı sahilində qaçırılıb.
Shafaqadogru.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, gəmi heyətinin 11 üzvü girov götürülüb.
Məlumata görə, gəmini "Transpasifik Dənizçilik” şirkətindən kirayəyə götürən Efe adlı şəxs və onun liviyalı ortağı Zuvarah limanından daha əvvəl aldığı neftə görə 433 min dolları ödəməyib. Liviyalı iş adamının həmin məbləğin 280 min dollarını ödədiyi bildirilir.
Lakin gəmini qaçıran silahlı qrup borcun hamısı ödənilmədiyi halda gəmi heyətini sərbəst buraxmayacağını və tankeri hissələrə bölərək satacağını bildirib.