Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib.
Shafaqadogru.com TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb.
Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb.
Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz.
Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.
Hüsnü Mübarəkə bəraət verildi
3-03-2017, 14:50 897