Şəfəqə Doğru » Gündəm » SUMQAYIT YOLUNDA TƏLƏBƏLƏR QƏZAYA DÜŞDÜ – 3 ÖLÜ, 5 YARALI+YENİLƏNİB

SUMQAYIT YOLUNDA TƏLƏBƏLƏR QƏZAYA DÜŞDÜ – 3 ÖLÜ, 5 YARALI+YENİLƏNİB

SUMQAYIT YOLUNDA TƏLƏBƏLƏR QƏZAYA DÜŞDÜ – 3 ÖLÜ, 5 YARALI+YENİLƏNİB

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Shafaqadogru.com APA-ya istinadən  məlumatına görə, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

***

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit” markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, qəzada hadisə yerindəcə 3 nəfər ölüb, 5 nəfər ağır yaralanıb və reanimasiyaya yerləşdiriliblər. Ölənlərdən biri qadın, ikisi kişidir. Onlar 18, 20, 26 yaşlarında olublar.

***

SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsimov İbrahim qəza zamanı dünyasını dəyişib.

***

"Qafqazinfo” xeberle.com saytına istinadən qəza yerindən çəkilən videonu təqdim edir: