Aprelin 28-də, saat 11:00-da "Ağstafa Təmir Tikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Shafaqadogru.com xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Qazax şəhəri, Azadlıq küçəsi, 75 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin icra orqanının (sədrinin) seçilməsi, onun nizamnaməsinin 3-cü redaksiyada təsdiqi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Ağstafa Təmir Tikinti” ASC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 138 manatdır.