Şəfəqə Doğru » Gündəm » İlhamə Quliyevanın mənzilinə və brilliantlarına həbs qoyuldu

İlhamə Quliyevanın mənzilinə və brilliantlarına həbs qoyuldu

İlhamə Quliyevanın mənzilinə və brilliantlarına həbs qoyuldu



 


Shafaqadogru.com  bildirir ki, bunu virtualaz.org-a xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İlhamə Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.

Ə.Mirəliyev deyib ki, İ.Quliyevanın əmlakına qoyulan həbs bütün təfərrüatlar araşdırılana qədər qüvvədə olacaq. Onun sözlərinə görə, bu, xalq artistinin özündən sonra vəsiyyətnamə qoymaması ilə bağlıdır.

İ.Quliyevanın əmlakına həbs qoyulması xəbərini virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələri də təsdiqləyiblər. Onlar, həmçinin bildiriblər ki, bütün bunlar müvafiq qaydada qeydiyyata alınıb.