Rusiyanın Verxniy Taqil şəhərində (Sverdlovsk vilayəti) yerləşən müəssisənin qurğuşun əritmə sexində partlayış baş verib.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, partlayışdan sonra əmələ gələn yanğın nəticəsində 1 fəhlə ölüb, 3-ü xəsarət alıb. Yanğın 60 kvadratmetr sahəni əhatə edib.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, onların 3-də miqrantdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.