Ötən gün Avropa parlamentinin Lüksemburqdan olan deputatı Frank Enqelin Dağlıq Qarabağda toy edəcəyi ilə bağlı xəbər yayılmışdı.
Shafaqadogru.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, ermənipərəst deputatın ailə quracağı xanımla bağlı təfərrüatlar da üzə çıxıb.
Belə ki, Frank Engel Brüsseldə yaşayan Ermənistan vətəndaşı Tatev Manukyanla ailə həyatı quracaq. Manukyanın Ermənistan İqtisad Universitetini bitirdiyi, sonra İsveçin Dalarns universitetində təhsilini davam etdirdiyi və hazırda Brüsseldə yaşadığı xəbər verilir.
Toyun yay ayında baş tutacağı bildirilir.