Şəfəqə Doğru » Gündəm » İltimas Məmmədovun Əli Abbasovu devirmək projesi de-şifrə oldu - Sensasion fakt

İltimas Məmmədovun Əli Abbasovu devirmək projesi de-şifrə oldu - Sensasion fakt

İltimas Məmmədovun Əli Abbasovu devirmək projesi de-şifrə oldu - Sensasion fakt
Hazırda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olan İltimas Məmmədovun sensasion planı de-şifrə olunub

Əli Abbasovun nazir olduğu dövrdən müavin vəzifəsində çalışan İ.Məmmədovun onu devirmək projesi üzə çıxıb. 

MTN işi ilə əlaqədar vəzifəsindən çıxarılan Ə.Abbasovdan sonra rabitə sistemində yüksək çinli məmurlar həbs olunsa da, İ.Məmmədov nəinki məsuliyyətə cəlb olunmadı, əksinə yeni nazirin müavini vəzifəsini daşımaqda davam edir. 

Lakin onun adı maxinasiya vı korrupsiyada hallanır, nazirliyin həbsdə olan aparatı rəhbəri Vidadi Zeynalov İ.Məmmədovu ittiham edir. Bütün bunlara rəğmən İ.Məmmədov işinin başındadır. 

Amma sabiq aparat rəhbəri bu dəfə onun keçmiş nazirin devirmək planını ifşa edib. V.Zeynalov sonuncu məhkəmə prosesində günahsız olduğunu, ittihamları qəbul etmədiyini və işində hər hansı formada yeyintiyə yol vermədiyini bildirib: 

"Mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. Bu adam 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat edərək Əli Abbasovun işdən çıxarılmasına cəhd edib. O, nazirin yerinə keçmək istəyirdi. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz? Mən günahkar oslaydım əmlakımı öz adıma keçirməz, başqaları kimi xaricə daşıyardıq. İndi də əmlaklarımı satıb ziyanı ödəməyə imkan vermirlər”.

Shafaqadogru.com Ulus.Az-a istinadən xəbər verir ki, bu ifadədən İ.Məmmədovun nazir olmaq planı məlum olur. Nazir müavini onun yerinə keçmək istəyirmiş.

Keçmiş milli təhlükəsizlik nazirliyinin əməkdaşları ilə bağlı aparılan istintaqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərininin korrupsiya və rüşvət faktları da ortaya çıxmışdı. 

İstintaq materiallarına əsasən, hazırkı nazir müavini İltimas Məmmədov, nazirlikdə hökm sürən korrupsiya və mənimsəmə əməliyyatlarından xəbərdar olduğunu təsdiqləyib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə "obşıy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1,5 milyon manat götürdüyünü bildirib. İltimas Məmmədov isə mətbuata açıqlamasında "bu barədə danışmaq istəmədiyini” deyib.