Qeyri-sabit hava şəraitinin, güclü küləyin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, may ayının 12-si gündüz saatlarından küləyin tədricən mülayimləşəcəyi gözlənilir:
"Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 13-ü səhər saatlarınadək davam edəcək".
G.Məmmədova qeyd edib ki, bu gün və sabah gün ərzində havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək: "Temperaturun enməsi sabah müşahidə olunacaq. Havanın temperaturu tədricən düzələcək".
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
11-05-2017, 13:07 851