Şəfəqə Doğru » Gündəm » Azərbaycan gömrüyündə özbaşınalıq davam edir - "Qırmızı körpü" də nələr baş verir

Azərbaycan gömrüyündə özbaşınalıq davam edir - "Qırmızı körpü" də nələr baş verir

Azərbaycan gömrüyündə özbaşınalıq davam edir - "Qırmızı körpü" də nələr baş verir

Xəbər verdiyimiz kimi, Azərbaycan Gömrük Komitəsi Qırmızı körpüdə gömrük- keçid məntəqəsində vətəndaşların maşınla keçidinin 72 saatdan bir olmasıyla bağlı məhdudiyyət tətbiq edib. 
Azərbaycan gömrüyündə özbaşınalıq davam edir -
Qazax rayon sakini İlham Musayevin Cebhe.info-ya verdiyi məlumata görə, bu məhdudiyyət hələ də davam edir: "Artıq 2 aya yaxındır ki, məhdudiyyət davam edir. Bununla yanaşı piyadaların keçidinə də tətbiq olunan 24 saatdan bir keçməsilə bağlı məhdudiyyət hələ də qüvvəsində qalıb. Bu məsələ ilə bağlı müraciətlərə baxmayaraq heç bir tədbir görülmür. Qanunsuz olaraq tətbiq olunan məhdudiyyətlər ləğv edilmir”.
Azərbaycan gömrüyündə özbaşınalıq davam edir -
İlham Musayev həmçinin bildirib ki, bu məhdudiyyətlər yeni rəis müavini təyin olunmuş baş leytenant Vüsal İbrahimov tərəfindən tətbiq olunub və qanunsuz olaraq qüvvədə saxlanılır. "Keçid məntəqəsinə əlavə "reşotkalı” qapılar quraşdırılıb. Şikayətlərə isə heç kim baxmır. Dövlət Gömrük Komitəsi də bu məsələ ilə bağlı heç bir tərbir görmür”.
Azərbaycan gömrüyündə özbaşınalıq davam edir -
Məsələ ilə bağlı Gömrük Komitəsi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Mövzunu diqqətdə saxlayacağıq.