Şəfəqə Doğru » Gündəm » Azərbaycan ordusu cəhənnəm silahını işə saldı

Azərbaycan ordusu cəhənnəm silahını işə saldı

Bu gün Azərbaycan silahlı qüvvələri cəbhənin şimal-şərq istiqamətində (Tərtər-Ağdərə) gedən döyüşlər zamanı ilk dəfə TOS-1A ağır odsaçan sistemlərini işə salıb. 

Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi təsdiq edib.

Nazirlik ağır odsaçan sistemlərin tətbiqinin nəticələrinə dair təfərrüatları daha sonra açıqlayacağını bildirib. Bununla belə nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında düşmənin bu zərbələr nəticəsində çoxsaylı itkilər verdiyini təsdiq edib.

Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə nazirliyi” isə bildirir ki, odsaçanlar saat 11.20-də tətbiq olunub. TOS-1A "Solntsepyok” ağır odsaçan sistemləri Rusiyadan başqa cəmi 3-4 ölkənin silahlanmasında var. Bu silah dəhşətli dağıdıcı gücünə və hər şeyi yandırıb külə çevirdiyinə, qorxunc atmosfer təzyiqi yaradaraq böyük ölçüdə ərazidə bütün canlıları məhv etdiyinə görə "cəhənnəm silahı” da adlanır.

Bizimxeber.az