Şəfəqə Doğru » Gündəm » Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... - ŞİKAYƏT

Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... - ŞİKAYƏT

Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... - ŞİKAYƏT

 Ucar rayon sakinləri tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Ərizədə deyilir:

"Ziya Məmmədovun korrupsiya əməllərindən Azərbaycan nəqliyyatının, yollarının canı qurtarsa da, Ucar rayon camaatı hələ də onun əlində aciz qalıb, zülm çəkirik. Ziya Məmmədova məxsus əmlaklar həddən çoxdur. Bunlardan biri də onun himayəsində olan yaxın qohumunun adına rəsmiləşdirilmiş Ucar Ticarət Mərkəzidir (Ucar kolxoz bazarı ). Bu kolxoz bazarında 100 nəfərin ticarətlə məşğul olması nəzərdə tutulsa da, zorla, məcburiyyət qarşısında qoyularaq 800 nəfər şəxs sıxlıqda, darısqallıqda, zir-zibilin içində alverlə məşğuldur. Hətta sıxlıq o dərəcədədir ki, alıcılar bazara girib-çıxanda əziyyət çəkirlər".

Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bazarın yolunda daima tıxaclar var,səkilər tamam tutulub.Ticarət yerləri satıcılara baha qiymətə icarəyə verilsədə sənəddə qiymət göstərilmir və ya çox az qiymət yazılır ki, buna görə vergidən küllü miqdarda gəlir gizlədilir.800 nəfərin işlədiyi bazarda cəmi 30 nəfərlə əmək müqaviləsi bağlanılmışdır.Yalnız bu 30 nəfər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyir.Buna görə çoxlu sayda insanın əmək hüquqları pozulur.Bzarda ticarət obyektləri heç bir texniki şərtlərə əməl edilmədən qanunsuz inşa edilib.Buna görə ötən il bazarda baş vermiş yanğın zamanı 14 ticarət köşkü içərisindəki satlıq əşyalarla tamamilə yanaraq külə döndü.Çünki düzgün aparılmayan tikintiyə sıxlığa görə yanğın söndürən maşınlar bazara girə bilmədiyi üçün yanğının qarşısı vaxtında alınmadı və nəticədə yanğın qonşu maqazinlərə keçməklə 14 ticarət obyekti yanaraq külə döndü. İş orasıdır ki, Ucar Yanğından Mühafizə Xidməti bu bazara bitişikdir. "Ucar Ticarət Mərkəzi" -nin iş saatları səhər saat 07-00 radələrindən günorta saat 14-00 radələrinə kimidir ki, həmin saatlarda rayon ərazisində baş verə biləcək yanğın hadisəsinin qarşısını almaq mümkün deyil.Çünki "Ucar Ticarət Mərkəzi" -nin yaratdığı tıxaclar, sıxlıq və qanunsuz küçə alveri yaxınlıqda yerləşən Yanğından Mühafizə Xidmətinin yolunu tam olaraq kəsmişdir.Bu çox-çox təhlükəli bir haldır ki, "Ucar Ticarət Mərkəzi" yaratmışdır, daha doğrusu Ziya Məmmədov yaratmışdır.

Həmçinin "Ucar Ticarət Mərkəzi" səhər saatlarında işə başlayarkən yerləşdiyi 28 May küçəsinin avtomobil yolunda və piyada səkisində sıxlıq tıxac yaratdığı üçün yaxınlıqda yerləşən Ucar şəhəri 1 saylı tam orta məktəbin müəllimlərinin və şagirdlərinin dərsə gedib gəlməsi çətinləşmiş buna görə onlar çox əziyyət çəkirlər.Bu acınacaqlı mənzərəyə baxmaq belə dəhşətlidir.

Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 

"Ucar Ticarət Mərkəzi" -ndə antisanitariya baş alıb gedir.Köhnə piştaxtalardan istifadə edilir, soyuducular, saxlama anbarları yoxdur, bazarda həddən artıq sıxlıq, darısqallıq var ki, buda tozlanma yaratdığı üçün üstü açıq şəkildə satılan qida məhsulları insanların sağlamlıqlarına ciddi ziyan vurur. Burada zibili bazarın həyətində olan traktor qoşqusuna atılır ki, bununda üstü açıq olduğu üçün ətrafda satılan qida məhsullarının üzərinə küləklə zibili düşür.Qida məhsulları və ət açıq soyuducu olmayan yerdə satılır. Ət satılan yerdə küçə itləri gəzir. İtlər həttda ət kötüyünün üzərinə belə çıxırlar. Antisanitar vəziyyət daha da genişlənmişdir, heç bir tədbir görülmür. Çünki bazarın Ziya Məmmədov kimi himayədarı var. 

Ucar Ticarət Mərkəzinin rəhbərliyi vətəndaşların savadsızlığından sui-istifadə edərək işlətmək üçün ticarət köşkləri və ya maqazinləri icarəyə verən zaman onlardan depozit adı ilə küllü miqdarda pul alıb mənimsəyirlər.Həttda sahibkarlıq fəaliyyətini dayandıran vətəndaşlar həmin depozit adı ilə qanunsuz olaraq alınmış pullarını mərkəzin rəhbərliyindən ala bilmirlər.Bu tam cinayət əməlidir ki, "Ucar Ticarət Mərkəzi"-nin rəhbərliyi törədir.Depozit adı ilə alınan həmin pula görə heç bir sənəd tərtib edilmir, müqavilə bağlanılmır və qəbz verilmir .Ancaq gözdən pərdə asmaq üçün özlərinin dəftərlərinə qey edirlər.

Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 

Bu Ticarət Mərkəzi Ziya Məmmədovun qohumu Sumqayıt Gömrük İdarəsinin rəis müavini Əlinur Sarıyevin adına rəsmiləşmişdir. 
Rusiyada bizneslə məşğul olan iş adamı Rahim Əliyev tərəfindən Ucar rayonunun Oğuz küçəsində böyük ərazidə müasir tipli bazar inşa edilsə də, Ziya Məmmədovun təzyiqi, hədə-qorxusu ilə üzləşdiyi üçün işlədə bilmirlər. İş adamı Rahiməli Əliyev üzləşdiyi haqsızlığa görə Azərbaycanı tərk edib getmək məcburiyyətində qaldı. Ziya Məmmədov vəzifədən çıxarılıb zərərsizləşdirilsə də, Ucar rayonunda təsir gücünə malikdir.
Biz Ucar rayon sakinləri ümüd edirik ki, Prezident cənab İlham Əliyev öz marağına görə əhaliyə zülm verən Ziya Məmmədovun göstərdiyimiz bu qanunsuzluq əmələrini araşdırıb təcili tədbirlər görülməsinə tapşırıq verəcək.

Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 
Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... 

Ucar rayon sakinləri

Qafarov Azər Ələsgər oğlu (077) 610-11-22 Cəbrayılov Abbas Maarif oğlu
Əliyev Vüqar Sabir oğlu
Məmmədova Tamara Xəlil qızı 
Umudova Solmaz Məlik qızı 
Kamilov Südabə Qulam qızı 
Babayev Arif Oruc oğlu 
Qasımova Səkinə Məmməd qızı 
Fətəliyev Etibar Tahir oğlu
İbrahimov Vasif Gündüz oğlu 
Əliyev Elçin Muxtar oğlu 
Həsənov Böyükağa Aslan oğlu
Kərimova Simuzər Yaqub qızı
Gülməmmədova Validə Əlikram qızı 
Soltanov Faiq Kərim oğlu 
Nəbiyev İlham Lətif oğlu
Tağıyeva Sona Rafiq qızı 
Mayılov Həsən Qara oğlu
Musayeva Asudə Yusif qızı 
Hüseynov Elşən Sadıq oğlu"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...