"Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif törəmə neft şirkətləri əməkdaşlıq edən dəmiryolu operatoru "Vestern Petroleum Transporteyşn” şirkətini satın alır.
Avropa.info xəbər verir ki, bu barədə "Kommersant” qəzeti yazır. Yusif Ələkbərov sahibi olduğu "EKTO” şirkətinə Britaniyanın Vircin adalarında qeydiyyatda keçmiş dəmiryolu operatorunun aksiyalarının 60%-ni almaq tapşırığı verib.
Rusiya bazarında 2003-cü ildən işləyən VPT şirkətinin 400 sisteni var və onlar "Lukoyl”un törəmə şirkəti "Lukoyl-Trans” tərəfindən icarəyə götürülüb.
Yusif Ələkbərov 1990-cı ildə anadan olub. Qubkin adına Neft-qaz Universitetini qurtarıb. Sonra "Lukoyl”un neft sənayesində işləyib. O, atasının şirkətinin 0,13%-nə sahibdir.