ABŞ-ın Yaxın Şərqdəki tərəfdaşları aralarındakı fikir ayrılıqlarını sülhlə həll etməlidirlər.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Edrian Rankin-Hallouey söyləyib. O, Vaşinqtonun öz tərəfdaşlarından regional təhlükəsizliyi gücləndirmək üçün vahid qərar qəbul etməyə çağırış etdiyini bildirib.
Hallouey Qətərlə baş verən proseslərin ABŞ hərbçilərinin əməliyyatlarına təsir etmədiyini söyləyib.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazalarından biri Qətərdə yerləşir. Burada Amerikanın 10 minə yaxın hərbçisi var.