Nazirlər Kabinetinin istehsalat təqviminə əsasən verdiyi məlumata görə, 26 və 27 iyun Ramazan bayramı münasibəti ilə qeyri-iş günüdür. Ayın 26-da həm də Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd ediləcək. 26 iyun tarixində iki bayramın üst-üstə düşdüyü üçün 28 iyun da bayram günü olacaq.

24 və 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq. 29 iyun isə iş günüdür.