Astarada intihar hadisəsi olub
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhəri, Nizami küçəsində qeydə alınıb.
Şəhər sakini, 1958-ci il təvəllüdlü Məmmədov İsrafil Abdulla oğlu yaşadığı evdə özünə kəsici alətlə çoxsaylı xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.