Ötən gün Bakıda baş verən və 3 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələn dəhşətli qəzanın təfərrüatları məlum olub.
Shafaqadogru.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həlak olan Hacızadə Rövşən və Üzeyirqardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.
Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış.
Fotoda: Üzeyir Hacızadə
"Qafqazinfo" məsələ ilə bağlı deputat Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb. O, hadisədən dərin üzüntü keçirdiyini vurğulayıb və məsələnin araşdırıldığını qeyd edib.