Şəfəqə Doğru » Gündəm » Bakıda sürücü yuxuladı, bu da nəticəsi... - Fotolar

Bakıda sürücü yuxuladı, bu da nəticəsi... - Fotolar

Bakıda sürücü yuxuladı, bu da nəticəsi... - Fotolar

Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Shafaqadogru.com  Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanov Yasin Vaqif oğlunun idarə etdiyi "Foton Ollin” markalı özəl şirkətə məxsus kiçik tutumlu yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.

Nəticədə "Foton Ollin” eyni istiqamətdə hərəkətdə olan Şükürov Elmir Sahib oğlunun idarə etdiyi "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı Y.Süleymanov ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.