Şəfəqə Doğru » Gündəm » Məmur arvadından heç kimin gözləmədiyi hərəkət

Məmur arvadından heç kimin gözləmədiyi hərəkət

Məmur arvadından heç kimin gözləmədiyi hərəkət
Ölməməsi üçün seyidə 30 min dollar verdi

Dələdəzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allaheverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərəçəkmiş şəxs qismində Fərqanə Babayeva ifadə verib. O bildirib ki, Ayaz Məhərrəmov, Azadi Paşayev və digərləri tərəfindən dələduzluqla üzləşib.

Zərərçəkmişin sözlərinə görə, Azadi Paşayev qızına öğlu üçün elçi gəlib: "Elçilikdən sonra Azadi birlikdə biznes qurmağı təklif etdi. Şərikli biznes qurmaq üçün obyektlərimi sataraq külli miqdrda nağd pulu Azadi Paşayevə verdim. Azadinin yanında Ayaz da olub".

Fərqanə Babayeva deyib ki, Azadi Paşayevin həyat yoldaşı Mətanət onların evinə seyid gətirib: "Həmin ərəfədə mən əməliyyata getməli idim. Mətanət dedi ki, fala baxdırmışam, sənə ölüm gəlir. Buna görə də seyidə pul vermək lazımdır. Buna görə də seyidə 30 min dollar verdim".

Zərərçəkmiş ifadəsində qızının nişanının pozulmasından da danışıb. O qeyd edib ki, bu şəxslər qızı haqqında xoşagəlməz ifadələr işlədiblər, qızına böhtan atıblar.

İttihama görə, Fərqanə Babayevaya və həyat yoldaşı Ramin Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat verib.

Sonradan Azadi Paşayev pulu götürərək Türkiyəyə qaçıb. Zərərçəkmişlərin şikayəti əsasında cinayət işi başlanıb, iş üzrə Ayaz Məhərrəmov məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Azadi Paşayevin işi isə ayrılıb və istintaqı gedir. Onun barəsində axtarış elan edilib.

Ayaz Məhərrəmova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham verilib.

Məlum olub ki, Ayaz Məhərrəmovla Azadi Paşayev dost olublar. Azadi Paşayev Babayevlərin qızını oğluna nişanlayıb.

Bundan spnra Ayaz Məhərrəmov həmin qızı başqa oğlanla görüb və bunu dostuna deyib. Bunu eşidən Azadi Paşayev də nişanı geri qaytarıb.

Qeyd edək ki, Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər şəxslərindən biri olub.