Şəfəqə Doğru » Gündəm » ABŞ Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almasına qarşıdır : “Narahatıq…”

ABŞ Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almasına qarşıdır : “Narahatıq…”

ABŞ Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almasına qarşıdır : “Narahatıq…”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Cef Deyvis, NATO hava müdafiə sistemləri ilə Türkiyənin Rusiyadan almaq istədiyi S-400-lər arasındakı uyğunsuzluqdan narahat olduqlarını bildirib.

Shafaqadogru.com  xəbər verir ki, Deyvis Türkiyənin bu addımının inteqrasiya prosesinə zərər edəcəyini deyib.

"Ümumiyyətlə, işlədiyimiz bütün tərəfdaş və müttəfiqlərimizin nə aldığı ilə maraqlanırıq. Biz əlbəttə ki, Türkiyə ilə işləyirik. Türkiyənin birliyimizə töhfə verən şeyləri almasını istərdik. Bu edilməzsə, bunun inteqrasiyamıza töhfə verməyəcəyindən narahatıq” deyə Deyvis qeyd edib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan hava müdafiə sistemləri almaq üçün dəfələrlə müraciət etsə də, Pentaqon Ankaranın bu istəyini geri çevirib. Əvəzində isə Vaşinqton Türkiyə sərhədləri yaxınlığındakı terror təşkiltı PKK/PYD-ni silahlandırır. ABŞ Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almasına da qarşıdır.