Şəfəqə Doğru » Gündəm » Millət vəkili Pərvini evinə çağırdı

Millət vəkili Pərvini evinə çağırdı

Millət vəkili Pərvini evinə çağırdı

Pərvin Əhmədova... Gəncliyimi gördüm onda... Özəlliklə, qız övladını ikinci sinif insan hesab edən zehniyyət mənsubları diqqətlə oxusalar və tanısalar yaxşıdır. Pərvin Əhmədova bu il ən yüksək - 700 bal toplayaraq daxil olub ali məktəbə!

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri 700 bal yığaraq, ali məktəbə qəbul olan Pərvin Əhmədovanı evində qonaq edən millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb.

O, gənc qıza xəyallarının ardınca getməyi məsləhət bilib:

"Evimizin ən əziz qonaqlarından idi və onun uğurunu birlikdə qeyd etdik. Çünki millətimizin gələcəyi olan bu cür qızlarımızın uğuru hamımızı sevindirir. Millətin inkişafı onun qadınlarının təhsilindən və inkişafından keçir.

Pərvin sadə bir ailənin övladıdır. Onun həyat hekayəsini jurnalist dostlar mütləq yazmalıdırlar. Böyüyən qızlarımız və qız övladlarına oğlan övladı qədər dəstək olmayan ailələrin oxuması üçün… Pərvinin ailəsinə də xüsusi təşəkkür düşür və mən şəxsən öz adımdan təşəkkürümü bildirdim. Pərvinlə geniş söhbətləşdik, böyük bacı kimi bəzi fikirləri söyləməyi özümə borc bildim və "həyatda nə olur-olsun xəyallarından vaz keçmə”, - dedim.

Onun ağılına, savadına, sadəliyinə, təvazökarlığına, saflığına, səmimiliyinə heyran oldum. Bu qızın, inşallah, yaxşı gələcəyi olacaq. Yolun açıq olsun!”