Ötən ayın əvvəllərində Arqument.Az-a Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevlə bağlı ilginc informasiya daxil olub.
Məlumatda generalın Şağan qəsəbəsində inşa olunan "Şağan- SİTİ” yaşayış komleksinə bitişik bir hektar yarım ərazidə özünə 10 milyon manatlıq malikanə tikdirdiyi iddia edilir. Həmçinin qeyd olunurdu ki, bu ərazidə torpağın minimal qiyməti on min manatdır.
Mənbə bildirir ki, təkcə torpağa 1.5 milyon manat xərcləyən general Abdullayev malikanənin dizayn və layihəsini Dubay Əmirliyində hazırlatdıraraq 300 min manatdan artıq vəsait xərcləyib.
Qeyd olunur ki, malikanənin ümümi ərazisi 4200 kvadratmetrdir: "Bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanə əsasən 3 mərtəbədən ibarətdir. Malikanənin baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədir. Burada istifadə olunan kafel və metlaxlar Yunanıstandan gətirilib".
Məlumatda o da vurğulanır ki, malikanənin fasad hissəsinə istifadə olunan ağlay üzlüyə ümumilikdə 250 min manat xərclənib: "Qarşısındakı 200 kvadrat metrlik hovuz və fəvvarələrə isə 100 min manat civarında xərc çəkilib. Malikanənin pəncərə və oval vitrajın şüşələri Türkiyə istehsalıdır. Qeyd edək ki, bu oval şüşələrin kvadrat metri montajla birlikdə 400-600 manat arasıdır".
Arqument.Az-a məlumat verən mənbə sözügedən malikanənin fotogörüntülərini də təqdim edib.
Məlumatı dəqiqləşdirmək üçün Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin zəngimizə cavab verən xanım əməkdaşı bildirdi ki, qurumun rəsmi email poçtuna sorğu göndərilməlidir ki, qarşı tərəf məsələyə münasibət bildirsin.
Bundan sonra, yəni 9 mart 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi email ünvanına ([email protected]) və general Əsgər Abdullayevin şəxsi emailinə ([email protected]) sorğu göndərdik. Komitədən Arqument.Az-a bildirildi ki, qarşı tərəfin 15 gün müddətində sorğuya cavab vermək hüququ var. Lakin 15 gündən artıq vaxt keçsə də, sorğumuza cavab verilmədi.
Yenidən Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən Arqument.Az-a bildirdilər ki, sorğuya texniki səbəblərdən cavab verilməyib və sorğunun yenidən Gömrük Komitəsinin emailə göndərilməsini xahiş etdilər. Beləliklə, mart ayının 29-da yenidən sorğunu göndərdik. Sorğu təkrar göndərildikdən sonra isə komitədən bildirdilər ki, 3 gün ərzində rəsmi cavab veriləcək.Amma təəssüflər olsun ki, üstündən bir həftə keçsə də, sorğuya cavab verilmədi.
Görünür, Gömrük Komitəsinin məsələni ictimaiyyətdən gizlətməsi və sorğunu cavablandırmaqdan yayınması məlumatın doğruluğuna dəlalət edir. Amma dövlət qurumunun rəsmi sorğuya cavab verməməsi həm də məmur məsuliyyətsizliyinin bariz nümunəsidir.
Təəssüf ki, Azərbaycanda məmurların mediaya və ictimaiyyətə qapalı fəaliyyəti hələ də davam edir. Məhz bunun nəticəsidir ki, biz də bu informasiyanı bütün cəhdlərimizə baxmayaraq, qarşı tərəfin mövqeyi olmadan yaymaq məcburiyətində qaldıq. Amma xarici ölkələrdə belə hallar baş verəndə məmurların bu cür sayğısız münasibəti məsuliyyət yaradır.
Araşdırmalarımıza əsalanaraq, deyə bilərik ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə istənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları 15 gün müddətində əldə etmək mümkündür. Həmçinin son zamanlarda bir çox dövlət qurumları onlayn sistemiylə - dərhal sorğuları cavablandırmağa başlayıblar.
Qeyd edək ki, Əsgər Abdullayev 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1985-1996 –cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.
1996-2006-cı illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Hazırda isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini,gömrük xidməti general-leytenantıdır.