Şəfəqə Doğru » Gündəm » Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb. "VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən kənd sakini, 40 yaşlı Vasif Fətullayevi vurub. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.