Dağlıq Qarabağdakı son döyüşlər Vanqanın 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı verdiyi proqnozları yenidən gündəmə gətirib.
Shafaqadogru.com baku.ws-yə istinadən bildirir ki, Vanqa hələ o zaman 30 il sonra Azərbaycanın öz torpaqlarına sahib olacağı bildirib:
"Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar".