Şəfəqə Doğru » Gündəm » İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb

İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb

İsmayıllıda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 3-ü yaralanıb
İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
Shafaqadogru.com  xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, "Toyota” və "Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.