Şəfəqə Doğru » Gündəm » Bakının mərkəzində faciə: İki nəfərin meyiti tapıldı

Bakının mərkəzində faciə: İki nəfərin meyiti tapıldı

Bakının mərkəzində faciə: İki nəfərin meyiti tapıldı

Ötən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Xocalı parkında 2 meyit tapılıb.

Shafaqadogru.com  Lent.az-a istindən xəbər verir ki, metronun "Xətai" stansiyasının yaxınlığındakı parkda 2 kişi meyitinin olması barədə məlumat daxil olub. İlkin araşdırmalar zamanı ölən şəxslərin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Məlum olub ki, ölənlərdən biri 1968-ci il təvəllüdlü Bədəlov Mükafat Qulam oğludur. Digər şəxsin kimliyini isə dəqiqləşdirmək mümkün olmayıb.

Hər iki şəxsin tufeyli həyat tərzi sürdüyü və küçələrdə gecələdiyi bildirilib. Onların spirtli içki qəbul edəndən sonra gecələdikləri yerdə öldüyü deyilir.

Araşdırma aparılır