Şəfəqə Doğru » Gündəm » Goycayda guclu leysan fesadlar toretdi

Goycayda guclu leysan fesadlar toretdi

Goycayda guclu leysan fesadlar toretdi
Göyçayda güclü leysan fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, ötən gecədən başlayan leysan yağışları bu gün axşam daha da şiddətlənib.
Yağışın əmələ gətirdiyi sel suları Göyçay şəhərinin şimalındakı fərdi yaşayış evlərini və dağətəyi ərazidə yerləşən kəndlərdəki həyətyanı sahələri və küçələri lil qatı ilə örtüb.
Rayonun Qarabaqqal kəndində sel suları su ötürücüsünü, avtomobil yolunu dağıdıb, elektrik dirəkləri və ağacları aşırıb. Elektrik naqillərinin qırılması səbəbindən Göyçay şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayanıb.