Şəfəqə Doğru » Gündəm » Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb

Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb

Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb

Rusiyanın Çelyabinsk şəhərində cinayət-axtarış şöbəsinin əməliyyatçıları həmyerlisini - kikboksinq üzrə dünya çempionu Ramil Canıyevi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Eldəniz Bağırovu saxlayıb.

Shafaqadogru.com  Rusiya KİV-inə istinadən xəbər verir ki, Troitskdə yaşayan E.Bağırov oktyabrın 3-də saxlanılıb. O, hazırda müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, kikboksinq üzrə dünya çempionu olan Ramil Canıyev sentyabrın 8-də evinin qarşısında silahdan açılan atəşlə qətlə yetirilib.