Şəfəqə Doğru » Gündəm » ƏLİLLƏRLƏ OLAN QARIŞIQ MƏSƏLƏYƏ HADİ RƏCƏBLİDƏN REAKSİYA GƏLDİ

ƏLİLLƏRLƏ OLAN QARIŞIQ MƏSƏLƏYƏ HADİ RƏCƏBLİDƏN REAKSİYA GƏLDİ

ƏLİLLƏRLƏ OLAN QARIŞIQ MƏSƏLƏYƏ HADİ RƏCƏBLİDƏN REAKSİYA GƏLDİ

Bu gün bəzi KİV-lərdə Milli Məclisə istinadən, əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə məlumatlar yayılıb.

  Milli Məclisin sosial-siyasət komissiyasının sədri Hadı Rəcəbliyə müraciət edilib. Millət vəkili KİV-də yayılan bu məlumatların heç bir əsasının olmadığını bildirib. "Bu barədə yazılanlar əsassızdır. Deyilən məsələ Milli Məclisin nə bu gün, nə də gələcəkdə müzakirəsində yoxdur”
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz facebook səhifəsində məsələyə münasibət bildirərək xəbərin yalan olduğunu qeyd etmişddi.