Şəfəqə Doğru » Gündəm » Qazaxda böyük mebel fabriki olduğu halda, Səhiyyə Şöbəsi niyə Sumqayıtdan bərk və ymuşaq inventar alır?

Qazaxda böyük mebel fabriki olduğu halda, Səhiyyə Şöbəsi niyə Sumqayıtdan bərk və ymuşaq inventar alır?

Qazaxda  böyük mebel fabriki olduğu  halda, Səhiyyə Şöbəsi niyə                                                  Sumqayıtdan bərk və ymuşaq inventar alır?

                                                                                                                                                                           

   Bu gün ölkə prezidenti  iqtisadiyatın yüksəldilməsi ,hər bölgədə yeni iş yerləri açılması ,yerli mebel fabriklərinin və digər müəssisələrin fəaliyyətinə dəstək verilməsi üçün ,göstəriş və tapşırıqlar verir.        Ayrıca dövlət büdcəsinin talan edilməməsi  hər qəpiyə qənaətlə yanaşılması barədə maliyyə naziri S. Şərifovun mətbuatdakı çıxışını da xatırlasaq, görərik ki,bölgələrdə gözdən uzaq ,üzdən iraq,iri büdcə təşkilatları sanki, bu qulağından alır,digər qulağına ötürür.Yenə də öz maxinasiyalarını davam etdirərək, ,dövlət vəsaitini istədikləri kimi talan edirlər.Buna misal olaraq,əlimizdə olan, adının çəkilməsini istəməyən mənbənin məlumatına əsasən ,araşdırmalarımız nəticəsində Qazax şəhərində "Embevod”, "Vahid”kimi böyük mebel salonları və yüksək texnalogiya ilə işləyən "Sabiroğlu "kimi böyük mebel fabrikində istənilən model mebellər ,divan ,kreslo və digər mebellərlə dolu salonu göz oxşayır.Amma ,çox maraqlıdır ki,Qazax Səhiyyə şöbəsi hansı maraqla Sumqayıt şəhərindən artıq vəsait xərcləyərək,bərk inventar alır.Halbuki,Qazaxda adını çəkdiyimiz fabriklə mərkəzi xəstəxananın arasında 40-50 metr məsafə var və daha ucuz qiymətə almaq olar.

  Daha başqa bir məlumatda isə heç bir inşaat usta malası olmayan, MMC-yə doxsan səkkiz min 620 (98620)manatlıq təmir işləri verilir.MMC-nin adi” Sarılar   -R”Tikinti təmir MMc-dir.

 Anlaşılmayan hansısa cari işlərin satın alınması üçün "Fateh”Təmir tikinti MMc-yə 65507(altımış beş min beş yüz yeddi  manat )pul köçürülmüşdür.

Eləcə də ərzaq məhsullarının satın alınması üçün, "Ucal "MMC-yə 237.475manat  "EYAS”MMC-yə ərzaq məhsulları üçün 22000manat,Çörək məhsulları üçün Məmmədova Südabə adlı xanıma 35000 manat köçürülüb,hansı ki,  heç bir istehsalı yoxdur.Digər maşın və avadanlıqların satın alınması üçün "Ergün”MMC-yə 79300 manat ehtiyat hissələrin alınması üçün, "Müstəqil xidmət”MMC-yə 18.300manat,Mətbəə xərcləri üzrə alınması "Kür infarmasiya agentliyi MMC-yə 20350 manat ,avadanlıqların satın alınması üçün "Regional Tibbi Təchizad 2015”MMC-yə 92350 manat ,Yumşaq invertarın alınması ,”Tibbi –Tekistil " MMC-yə 11.800manat,Təsərüfat mallarının satın alınması Arif Aslanov Qədim oğluna 33554 və 43000 manat,digər alışlar və xudmətlərin satın alınması üçün 9000 min və poliklinikanın təmiri üçün "Arzuman "MMC-yə 88000 manat xərclənmişdir.Ən ağılsız adam belə ,inanmaz ki,heç mərkəzi xəsdəxanası olmayan Qazax səhiyyə şöbəsinə bir ildə bu qədər avadanlıq ,ərzaq,dəftərxana ləvazimatı ,digər təhcizat ləvazimaları alınmış və yaxud, təmir işləri görülmüş olsun .Qaldı ki,araşdırma aparmış redaksiyamız heç inanmaz.Yoxlanılsa bilinər ki,təkcə 2015-ci ildə Qazax səhiyyəsi 900000(doqquz yüz min manat civarında  vəsaitin cüzi bir hissəsini xərcləmiş,bu böyüklükdə məbləği nəğdiləşdirərək ,mənimsəmişdir.Halbuki ,o qədər vəsaitlə bir mərkəzi xəsdəxana tikmək olardı.Çünki,artıq üç ildir Qazax rayonunun mərkəzi xəsdəxanası sökülüb və yenisi tikilmədən təməldəcə dayandırılıb.Ən azından bir elə vəsaitlə həmin tikintini davam etdirmək olardı.

  Yəqin ki,Maliyyə Naziri cənab S.Şərifov və Səhiyyə Naziri O.Şirəliyev də məqaləmizi oxuyub ,dövlətin pullarının necə talan olunduğunu biləcək və ölçü götürəcəklər.

 Biz isə araşdırmalarımızı davam etdiririk.

Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.

                                                                                                     Neymət.