Şəfəqə Doğru » Gündəm » Ağstafada iki maşın toqquşdu: 1 yaralı

Ağstafada iki maşın toqquşdu: 1 yaralı

Ağstafada iki maşın toqquşdu: 1 yaralı

Ağstafada sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

 


APA-nın qərb bürosunun verdiyi məlumata görə, "VA2106” və "Opel” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”-ın sürücüsü, Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yusif Abış oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.