Şəfəqə Doğru » Gündəm » Tağı Əhmədov icra başçısı olmaq istəyir

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Bakı Metropoliteininin keçmiş sədri Tağı Əhmədov icra başçısı olmaq istəyir.

Shafaqadogru.com xəbər verir ki, bu haqda məlumatı "Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, T.Əhmədov metropoliten rəisi postundan çıxarılandan sonra vəzifə almaq üçün çox  çaba göstərmişdi. Amma o, YAP-ın Yasamal təşkilatının sədri olmaqla kifayətlənib. 

"Son vaxtlar isə onun Yasamalın icra başçısı olmaq üçün müxtəlif ünvanlara baş vurması haqda xəbərlər də gəlir” yazan qəzet qeyd edir ki, inandırıcı deyil ki, Əhmədov həmin postu tuta bilsin: "Görünən odur ki, daha Tağı Əhmədova inanmırlar, onu heç yaxına belə buraxmaq istəmirlər. Bu günlərdə hakim partiyanın 25 illik yubileyi keçirildi, bir çoxları orden-medallarla təltif olundu. Hətta mükafatlandırılanlar sırasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da var. Tağı Əhmədov isə heç bir mükafata layiq görülmədi. İddia edilir ki, o, de-fakto YAP-ın "qara siyahı”sındadır. YAP-ın rayon təşkilatında saxlanılması isə sadəcə özünün nəzarət altında olması, müxalif mövqeyə keçməməsi ilə əlaqələndirilir”.