Şəmkirdə göldə balıq tutmaq istəyən şəxs boğulub.
Shafaqadogru.com DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 6-da saat 06 radələrində Şəmkir rayonunun S.Vurğun kəndində kənd sakini Taleh Qasımov və Ramin Məmmədov göldə rezin qayıqla balıq tutarkən qayıq deşilib. R. Məmmədov boğulub, T. Qasımov isə üzərək sahilə çıxıb.
R. Məmmədovun meyiti sudan çıxarılıb.