Şəfəqə Doğru » Gündəm » Dehsetli qeza toreden memur kimdir? – İlginc

Dehsetli qeza toreden memur kimdir? – İlginc

Dehsetli qeza toreden memur kimdir? – İlginc
Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəzanın iştiraqkçısı olan məmurun Tərtər icra nümayəndəsi olan qardaşı da ölümlə nəticələnən qəzaya görə işdən azad edilibmiş.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan "Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır.
Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi. Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi qəzaya və insan ölümünə səbəb olmasına görə atası, Tərtər RİH müavini V.Bəylərov işindən azad edilmişdi.
Məlumat üçün bildirək ki, Z.Bəylərovun qəzanı içkili halda törətdiyi barədə iddialar yayılıb. Bildirilir ki, Z.Bəylərov sərxoş halda avtomobili idarə edib və qəza da məhz bu səbəbdən baş verib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, mətbuatdan zəng etdiyimizi və sualımızın qəza ilə bağlı olduğunu biləndə, Z.Bəylərov telefonu söndürdü.
Maraqlıdır ki, şöbə müdirinin qəzası ilə bağlı sözügedən İcra Hakimiyyətindən də heç kəs açıqlama vermədi.
Qeyd edək ki, dünən Tərtər rayonunda "Toyota Land Kruiser” markalı avtomobillə KİA markalı avtomobil toqquşub.
Hadisə nəticəsində KİA-nın sürücüsü Elşad Abbasov ölüb.
KİA ilə toqquşmuş "Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərovdur.
Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
DİN-in məlumatına görə, dekabrın 10-da saat 20 radələrində baş verən bu qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.