Tovuz rayonunda 35 yaşlı kişini it dişləyib.
Shafaqadogru.com Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Mehman oğluna kənd ərazisində it hücum edib. Nəticədə it V.Məmmədovun sağ ayağı və sağ qolunu parçalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
İt 35 yaşlı kişini parçaladı
28-12-2017, 15:22 757