Şəfəqə Doğru » Gündəm » Ermənilər Gürcüstan azərbaycanlılarına HÜCUMA KEÇDİ - Soydaşlarımız bu xain üsulla QƏTLƏ YETİRİLİR

Ermənilər Gürcüstan azərbaycanlılarına HÜCUMA KEÇDİ - Soydaşlarımız bu xain üsulla QƏTLƏ YETİRİLİR

Ermənilər Gürcüstan azərbaycanlılarına HÜCUMA KEÇDİ - Soydaşlarımız bu xain üsulla QƏTLƏ YETİRİLİR
Gürcüstanda erməni sürücülər azərbaycanlıları bilərəkdən öldürür, yaxud da şikəst edir.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Gürcüstanın "kavkazplus” saytı dekabrın 31-də baş vermiş yol-nəqliyyat hadisəsini araşdırarkən yazıb.

Qeyd edək ki, dekabrın 31-də Tbilisidə yol-nəqliyyat hadisəsi zamanı Gürcüstanın Sadıxlı kənd sakini olan 5 azərbaycanlı gənc həlak olub. Belə ki, Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada” markalı avtomobil Rusiyadan Ermənistana gələn "Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə "Lada”da olan 5 azərbaycanlının hamısı dünyasını dəyişib. Ermənilərin olduğu "Mersedes”də isə ciddi xəsarət alan olmayıb.

Bu qəzanın Ermənistan prezidenti Serj Sarkisyanın Tbilisiyə səfəri və Rusiyadan gələn avtomobillərin Gürcüstan üzərindən Ermənistana keçidinin asanlaşdırılması ilə bağlı razılaşma əldə etməsi ərəfəsində baş verməsi diqqət çəkir.

"Kavkazplus” yazır ki, bu hadisə Sadaxlı kəndinin sakinlərini qəzəbləndirib.

"Məsələ ondadır ki, Sadaxlı kəndi uzun illərdir ermənilərin "avtomobil terroru”ndan əziyyət çəkir. Bu kənddən Ermənistana gedən "Sadaxlı-Baqrateaşen” tranzit yolu var. Erməni sürücülər Sadaxlı kəndindən keçərkən azərbaycanlıları öldürmək, yaxud şikəst etmək üçün bilərəkdən avtomobili sürətlə sürür, qarşılarına adamlar çıxandan saxlamırlar. Valideynlər uşaqlarını küçəyə buraxmağa qorxurlar. Çünki Rusiyadan gələrək Ermənistana gedən ermənilər qəza törədərək, kimisə öldürsə, yaxud şikəst etsə, onları tapmaq çətin olur. Çünki onlar sərhədi tələsik keçərək yoxa çıxırlar”, - araşdırmada qeyd edilir.

Məqalədə erməni sürücülərin azərbaycanlıları öldürmək üçün sürət həddini aşdıqlarını, azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazilərdə avtoxuliqanlıq etdikləri bildirilir.

Sayt yazır ki, vaxtilə azərbaycanlıların yaşadığı, sonradan ermənilər tərəfindən mənimsənilən Baqrataşen kəndindən Sadaxlı istiqamətində tez-tez hücumlar olur: "Ermənilər sərhədi keçərək, Sadaxlıda oğurlar edir, daha sonra geri qayıdırlar. Onlar sərhədi gecə vaxtı keçdikləri üçün törədilən cinayətlərin üstünü açmaq mümkün olmur”.