Şəfəqə Doğru » Gündəm » Nazirin dağdan yerə çırpılan imici - üç alpinist axtarışı FHN faş etdi - faktlar

Nazirin dağdan yerə çırpılan imici - üç alpinist axtarışı FHN faş etdi - faktlar

Nazirin dağdan yerə çırpılan imici - üç alpinist axtarışı FHN faş etdi - faktlar
İtkin düşmüş alpinistlərin axtarışında Fövqəladə Hallar Nazirliyinin əzəməti sabun köpüyü kimi dağıldı. 

Anaxeber.Az-ın verdiyi məlumata görə, Kamaləddin Heydərovun nazirliyi altında yaradılmış FHN mifi və bütü tamamilə havaya sovruldu.
Azərbaycanın ictimai rəyində FHN obrazı uğurlu proyekt, hər bir fövqəladə hadisəyə hazır qurum kimi formalaşdırılmışdı. 
Lakin bunun bir süni nəfəs aparatı olduğu, blef kimi ortaya atıldığı istərsə Kür daşqınları, istərsə Zaqatala zəlzələsinə aydınlaşmışdı. 
Tufandağda itkin düşən alpinistlərin axtarışında isə K.Heydərovun FHN-i fövqəladə hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər, müasir texnologiyadan istifadə edərək nəticə əldə etmək imkanlarına malik olmadığını sübut etdi. 
Elə könüllü şəkildə iştirak edən bir qrup peşəkar dağçının axtarışların gedişatı ilə bağlı yaydığı bəyanatda da FHN-i ifşa edən faktlara rast gəlinir. 
Könüllülər bildirir ki, Fövqəladə Hallar Nazirliyi Qərargah rəhbəri Şahin Mirzəyev könüllüləri daşımaq məqsədilə çağrılmış helikopteri boş yola salıb.
Qərargah axtarış ərazisinə təqribən 4 kilometr uzaqlıqda olan Şahyaylağı adlanan ərazidə yerləşdirilib ki, bu da axtarış proseslərinin effektiv həyata keçirilməsinə mane olur. 

Könüllülər bildirir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları axtarış yerində gecələmək üçün müvafiq ləvazimatlarla təchiz olunmadığından, onlar hər axşam Xınalıq kəndinə qayıdıb, səhər tezdən isə yenidən axtarış yerinə qayıdırlar. Bu isə kifayət qədər vaxt itkisinə yol açır.
Uçqun baş vermiş ərazidəki qar örtüyü bellərlə qazılır. Ərazinin böyüklüyünü nəzərə alsaq, bu kifayət qədər qeyri - effektiv metoddur.
ANAMA-nın hadisə yerinə gətirdiyi metal detektorları axtarış üçün yararlı deyil. Bu haqda artıq Qərargahın səlahiyyətli şəxslərinə məlumat verilib.
Göründüyü kimi, FHN itkin düşənlərin axtarışı ilə bağlı kustar üsullardan, primitiv yollardan istifadə edir. Bu da effektivsizlik və nəticəsizliyi ortaya qoyur. 
Üstəlik, axtarışların uzadılması əlavə xərclərə və korrupsiya şübhələrinə yol açır. Necə ki, K.Heydərovun rəhbərlik etdiyi FHN Kür daşqınları və Zaqatala zəlzələsi zamanı fəsadların aradan qaldırılması, kompensasiyaların ödənilməsi, evlərin tikilməsi zamanı dövlət büdcəsindən milyonlar yayındırmışdı. Bu, həm jurnalist araşdırmaları, həm qeyri-hökumət təşkilatının monitorinqlərində öz əksini tapırdı. 

Anaxeber.Az-ın verdiyi məlumata görə, alpinistlərin axtarışları ilə bağlı meydana çıxan məqamlar, könüllülərin nazirliyi faş eləməsi bu qurumun reputasiyasını yerdən yerə vurmuş oldu. 
Könüllülər təklifləri edirlər ki, ANAMAnın minaaxtaran detektorlarının əvəzinə MF 9700 QUINARY tipli (yaxud bənzəri) detektorlardan istifadə edilməlidir. 
Axtarışa müəyyən sayda təlim görmüş əsgər və zabit heyəti, xüsusi təyinatlılar, 10 – 15 axtarış iti cəlb edilməlidir.
Alpinistlərin hər hansı birində ROCCO tipli lokasiya çiplərinin olması ehtimalını nəzərə alaraq ROCCO Lokatorlarından istifadə edilməlidir.
Axtarış aparılan məkana 5 ekskavator, axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqları gətirilməlidir. 
Qərargah axtarış yerinə yaxın yerləşdirilməlidir. Koordinasiya işinin təşkilində peşəkar dağçılara xüsusi səlahiyyət verilməlidir. 
Dəhşətlisi budur ki, bütün sadalanan mühüm məsələlərin heç biri nəzərə alınmayıb; FHN-nin səriştəsizliyi, təcrübəsizliyi, hikkəsi və ambisiyalı fəaliyyəti, könüllülərdən imtina etməsi, onların fikirlərini, təkliflərini nəzərə almaması üç ailənin günlərdir göz yaşlı öz övladlarının yolunu gözləməsinə, öldü-qaldısından xəbər verilməsinə səbəb olub. 

Axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqları gətirilməlidir. Amma FHN ən primitiv ehtiyac və tələbatları da təmin etməyib. 
Onu da demək yerinə düşər ki, K.Heydərovun özünü toparlaması və komandada qalmasını təmin etməsi üçün əlverişli imkandır. 
Alpinistlərlə bağlı FHN-nin fiaskosu bundan sonra nazir siyasi rəhbərlik və hakim ailə qarşısında nazirin etimadını birə beş, birə on pisləşdirə bilər. 
Onsuz da "Gilan holdinq”i əlindən çıxan, halqası daralan nazirin üç alpinistin axtarışında nəticə verməsi siyasi hakimiyyət qarşısında nüfuzunu nisbətən pozitiv çalarlarla qaldıra bilər. 
2018-ci ildə azı 2-3 nazirin də yola salınacağı şək-şübhə doğurmur. Özəlliklə də fövqəladə hallar naziri Kamaləddin Heydərovla bağlı həssas və çox incə proses başlanıb.
Əslində, nəzərlər FHN rəhbərinə yönəlmişdi ki, onun yeznəsini işdən azad edən vergi nazirinin özünü işdən çıxardılar. Yəni, hökumət sağı göstərib, solu vurmaqla qəribə gediş elədi.

F.Məmmədovun istefaya göndərilməsi K.Heydərov üçün bir tramplin oldu söyləmək mümkündür. Ən azı "fövqəlnazir”in vəzifədən getməsi üçün nəzərdə tutulan zaman uzadılacaq. 
Bu zaman kəsiyində isə üç alpinistin axtarışı onların taleyi ilə bağlıdırsa, nazir üçün bir sınaq da sayıla bilər.