Şəfəqə Doğru » Gündəm » Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər təklif edilir.

 


Bu barədə Milli Məclisdən bildirilib.

Məlumata görə, parlamentə "Polis haqqında” qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunub.

Maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməli olacaq. Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə” izah etməlidir.

Layihə Milli Məclisin aprelin 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.