Şəfəqə Doğru » Gündəm » "Sizə and verirəm o Allaha, bizə kömək edin" - Qəbələdən ürəkdağlayan şikayət (FOTOLAR)

"Sizə and verirəm o Allaha, bizə kömək edin" - Qəbələdən ürəkdağlayan şikayət (FOTOLAR)

"Sizə and verirəm o Allaha, bizə kömək edin" - Qəbələdən ürəkdağlayan şikayət (FOTOLAR)

Qəbələ rayonu Dızaxlı kənd sakini Abdurəhmanova Turanə Ağababa qızı Mia.az-a şikayət məktubu göndərib.

Şikayətçi yazır ki, 18 ildir həyat yoldaşı vəfat edib:

"Uzun illərdi 2 xəstə övladıma və gözdən əlil xəstə qaynanama baxıram. Heç bir yerdə işləmirəm. Çünki yataq xəstəsi olan qaynanamı kimsəsiz qoya bilmirəm. Ona məndən başqa baxan yoxdur. Övladlarımın ikisi də –  Mirzəyev Elvin Məzahir oğlu  və Mirzəyeva Şəhanə "Hepatit C" xəstəliyindən əziyyət çəkirlər. Hər ikisi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadırlar. Xəstə övladlarımın müalicəsi üçün bankdan götürdüyüm krediti ödəyə bilmirəm. Artıq onların təkrar müalicəsinin vaxtı ötüb, ancaq imkansızlıqdan xəstə övladlarımı müalicə etdirə bilmirəm. Evimizin dam örtüyü köhnə keramitdən olduğu üçün yağan yağış otaqlara damır. Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də, bizim ailənin dərdinə kömək edən yoxdur".

Şikayətçi yazır ki, çox acınacaqlı bir vəziyyətdə yaşayırlar:

"Artıq nə edəcəyimizi bilmirik, övladlarımı itirməkdən qorxuram. Ona görə də ümidim Allaha və Sizlərədir.

Hörmətli prezident, cənab İlham Əliyev, hörmətli Mehirban xanım Əliyeva, hörmətli millət vəkilləri, hörmətli Fəttah Heydərov, hörmətli Kəmaləddin Heydərov, hörmətli din xadimləri, hörmətli insanlar, sizdən çox-çox xahiş edirəm, yalvarıram, and verirəm Allaha  imkan daxilində bizim ailəyə köməklik edin. Gəlin, görün hansı şəraitdə, hansı vəziyyətdə 3 ağır xəstə necə yaşayır, zülm əzab-əziyyət çəkir. Hamınızı kasıb evimizə dəvət edirəm, sabah 8 Mart Beynəlxalq qadınlar günüdür. Bizim ailə isə bayram yox, matəm içindədəri, xahiş edirik bizə kömək edin…".

Şikayətə Qəbələ İcra Hakimiyyətinin də mövqeyini öyrənmək mümkün olmayıb.

daxma-qebele

ser-qebele