Şəfəqə Doğru » Gündəm » Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu

Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu

Ermənilərdən növbəti təxribat - Bir əsgərimiz şəhid oldu
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Allah rəhmət eləsin!