Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisində olan azərbaycanlıların adları məlum olub.
Shafaqadogru.com "Report" -a isdinadən xəbər verir ki, ilkin məlumatlara görə, itkin düşən gəminin ekipaj üzvləri arasında iki azərbaycanlı var.
Bunlar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.
Ekipajın digər üzvləri, əsasən, Rusiyanın Saxalin vilayətinin Nevelski rayonunun sakinləridir.
Gəminin göyərtəsində ümumilikdə 21 nəfər olub.