Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib.
Belə ki, yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Sabit Sabir oğlu Musayevi avtomobil vurub. Yaralı piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.