Şəfəqə Doğru » Gündəm » "Lalə Şövkət fəal siyasəti tərk etməyib, mətbuat konfransı keçirəcək” - Əvəz Temirxandan seçki açıqlaması

"Lalə Şövkət fəal siyasəti tərk etməyib, mətbuat konfransı keçirəcək” - Əvəz Temirxandan seçki açıqlaması

"Lalə Şövkət fəal siyasəti tərk etməyib, mətbuat konfransı keçirəcək” - Əvəz Temirxandan seçki açıqlaması
"Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”.

Shafaqadogru.com xəbər verir ki, bu sözləri Strateq.az-açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib. 

Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib.

"Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb”– deyə o, vurğulayıb. 

Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: "Biz bu seçkilərdə iştirak etmirik”.

ALP sədrinin sözlərinə görə, Lalə Şövkət siyasi proseslərlə bağlı KİV üçün mətbuat konfransı keçirəcək. "Bunun vaxtını deyə bilmərəm. Zamanında media üçün mətbuat konfransı keçiriləcək”.